Rumıniya donanmasının tarixi təlim gəmisi İstanbul boğazında – FOTO/VİDEO

287

Rumıniya donanmasının 84 yaşlı üçdorlu yelkənli təlim gəmisi hərbi tələbələri ilə birlikdə İstanbul sahilində lövbər salıb. Gəminin Sarayburnu limanına yanaşdığı havadan görüntülənib.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin hərbi təlim gəmisi “Nava Scoala Mircea” səhər saat 11 radələrində Mərmərə dənizindən Bosfor boğazına daxil olub. Dünyada eyni tipli nadir beş yelkənli gəmidən biri olan “Nava Scoala Mircea” üç Sahil Təhlükəsizlik Xilasetmə yedək gəmisinin müşayiəti ilə Sarayburnu limanında lövbər salıb.

1938-ci ildə Hamburqda inşa edilən 82 metr uzunluğundakı üçdorlu təlim gəmisinin göyərtəsində çoxlu sayda hərbi tələbənin olduğu müşahidə edilib. Sahildə olan yerli və xarici turistlər gəminin şəkillərini çəkərək maraqla bu mənzərəni izləyiblər.

https://player.baku.tv/embed/54195

Mənbə: Milliyet.com.tr