Nəhəng karqo şirkəti “Orta Dəhliz”lə yükdaşımalara başlayır

372

Danimarkanın nəqliyyat və logistika qrupu “AP. Moller-Maersk” şirkəti Çin və Avropa arasında “Orta Dəhliz”lə yükdaşımalara başlayır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, Çinin müxtəlif şəhərlərindən yola düşəcək qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya ərazisi ilə, təxminən, 40 gün hərəkət edəcək.

Konteynerlər Qazaxıstanın Aktau şəhərindən bərə vasitəsi ilə Bakıya çatdırılacaq, daha sonra dəmir yolu xətti ilə Gürcüstanın Poti, oradan isə Rumıniyanın Konstans limanına göndəriləcək, daha sonra müxtəlif Avropa ölklərinə yola salınacaq.

Şirkət yeni marşrutu mart ayında yaradıb və aprel ayında sınaq qatar Çini tərk edib.

“Dəhliz, müştərilərimizin təchizat zəncirinin davamlılığını artırmağa imkan verən geniş açıq tutuma malikdir”- deyə “Maersk Intercontinental Rail”ın qlobal məhsul meneceri Maya Parqaşvili qeyd edib.