“İsrail Limanlar Şirkəti”ni təmsil edən nümayəndə heyəti ilə görüş keçirilib.

269

25 may tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə İsrailin ən böyük dəniz limanları olan Hayfa, Aşdod və Eilat limanlarının inkişaf etdirilməsinə məsul “İsrail Limanlar Şirkəti”nin İdarə Heyətinin sədri Uzi İtzakinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı dəniz nəqliyyatı sahəsinin davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, həyata keçirilən restruktrizasiya tədbirləri, tətbiq edilən yeniliklərdən danışılıb. Həmçinin görüşdə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, hərbi-texniki və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi, dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsindən məmnunluq ifadə edilib.Görüşdə limanlar, yükaşırma terminalları, yanalma körpülərinin inşası üzrə ehtiyacların müəyyən edilməsi və bu sahədə İsrail təcrübəsinin ölkəmizdə tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, hazırkı regional geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin əhəmiyyətinin artmasından danışılıb. Bundan başqa, görüşdə Dövlət Dəniz və Liman Agentliyi ilə İsrailin Gəmiçilik və Limanlar Administrasiyası arasında əlaqələrin qurulması istiqamətində əməkdaşlıq edilməsi barədə razılığa gəlinib.

ardda.gov.az