Azərbaycan Dövlət Dəniz Akademiyası açıqlama yayıb

639

Son günlər “Tik-tok” və digər sosial şəbəkələrdə Azərbaycan Dövlət Dəniz Akademiyasına imtahansız qəbul haqqında elanlar paylaşılır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) rəsmi şəkildə bəyan edir ki, qeyd olunan ELANLAR TAMAMİLƏ SAXTADIR və ADDA-ya qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qərara əsasən Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına uyğun aparılır.

Hazırda ali təhsil müəssisələrinə qəbul dövrüdür. Belə həssas vaxtda həm abituriyentləri, həm də onların yaxınlarını bu cür saxta elanlara inanmamağa çağırırıq.

Eyni zamanda belə elanların müəlliflərini xəbərdar edirik ki, bu əməllərini davam etdirdikləri təqdirdə hüquq mühafizə orqanlarına müvafiq qaydada müraciət olunacaqdır.

ADDA haqqında www.adda.edu.az, qəbul qaydaları haqqında ətraflı məlumatı www.dim.gov.az saytından ala bilərsiz.