Rusiya Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini 30 sutkalıq dayandırıb

335

Rusiyanın Novorossiysk şəhərinin Primorsk rayon məhkəməsi Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətinin 30 sutkalıq dayandırılması barədə qərar qəbul edib.

“Report” Rusiya KİV-in istinadən xəbər verir ki, bu barədə konsorsium məlumat yayıb.

Məlumata görə, buna səbəb Rusiyanın Nəqliyyat Sahəsində Nəzarət Federal Xidmətinin (“Rostransnadzor”) aşkar etdiyi pozuntulardır.

Bu kəmər Qazaxıstan neftinin əsas ixrac marşrutudur. Nəql olunan neftin 80 %-dən çoxu bu kəmər vasitəsi ilə ötürülür. Kəmərin illik tutumu 67 milyon ton neftdir.

Xəzər Boru-kəməri Konsorsiumunun səhmdarları Rusiya (31 %), Qazaxıstan (20,7 %), “Chevron Caspian Pipeline Consortium Company” (15 %), Boru Kəməri Konsorsiumu Şirkəti (15%), LUKARCO B.V. (12,5 %), “Mobil Caspian Pipeline Company” (7,5 %), “Rosneft-Shell Caspian Ventures Limited” (7,5 %), “BG Overseas Holding Limited” (2 %), “Eni International N.A. N.V.” (2 %), “Oryx Caspian Pipeline” MMC (1,75 %).