Bakı Limanı müxtəlif nəqliyyat vasitələrinin avtomobil, dəmir və dəniz yolu ilə daşımalarını həyata keçirmək üçün logistik şirkətlərə müasir xidmətlər və imkanlar təklif edir

373

Avropa şirkəti olan “Cabooter Group” Bakı Limanı və “Port Bonded Services” MMC-nin sıx əməkdaşlıq edərək “Mercedes” və “BMW” kimi dünya markaları olan avtomobillərin Bakı Limanı vasitəsilə Avropa bazarından Asiya istehlakçılarına daşınmasına başlayıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) qlobal logistikadakı rolu getdikcə artır və yeni inkişaf fazasına daxil olur. Xüsusilə, Bakı Limanı Asiya və Avropanın birləşdirilməsində və regional əlaqələrin qurulmasında mühüm multimodal logistika mərkəzinə çevrilib.