Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-600-800-1000 manat – 24 VAKANSİYA

643

VAKANSİYA 1

Mühasib

 Son tarix 14 avq 2022 – [email protected]

Əmək haqqı namizəddən asılı olaraq 700-1,000 AZN

Vəzifəyə olan tələblər:

  • 1C Əməliyyat sistemində günlük əməliyyatların işlənilməsi;
  • Qaimələrin tərtib edilməsi, təhvil-təslim aktlarının, hesab-fakturaların yazılması;
  • Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
  • Vergi qanunvericiliyinə uyğun olaraq sənədləşmənin aparılması;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Vergilər və digər dövlət qurumları ilə bağlı bütün məsələlərlə əlaqədar olaraq yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
  • Vergi və Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək;
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməsi.

Namizədə olan tələblər:

  • Cins:Xanım;
  • Dil biliyi: Azərbaycan dili. Rus dili və İngilis dilləri əlavə üstünlükdür;
  • Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində ali təhsil;
  • Beynəlxalq ACCA (mühasibat uçotu) serifikatların mövcudluğu əlavə üstünlükdür;
  • Müvafiq sahədə 2 il və daha çox aktiv təcrübəsinin olması;
  • e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
  • 1C əməliyyat sistemində sərbəst işləmə bacarığı;
  • Ofis proqramlarını (Word, Excel) bilmək;
  • Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
  • Məsuliyyətli və məsələlərin həllində təşəbbüsün göstərilməsi bacarığına malik olması.

VAKANSİYA 2

Ticarət Mərkəzi

Ümumi idarəetmə və satış mütəxəsisi

 Son tarix 14 avq 2022 – [email protected]

Vəzifələr:

  • Ticarət  mərkəzində  olan sahələrin icarəyə  verilməsi ;
  • Ticarət mərkəzində fəaliyyət göstərən icarəçilərlə səmərəlliyin artırılması və ödənişlərin vaxtında olunması üçün vaxtaşırı danşıqlar aparılması;
  • Obyektin və avadanlıqların yaxşı saxlanmasını təmin etmək üçün Ticarət  mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək;
  • Satış və Marketing  proqramını hazırlamalı;
  • Əraziyə uyğun icarə haqqı məbləğlərinin müəyyənləşdirilməsi ;                     
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifələrin və rəhbərin bilavastə tapşırıqlarının yerinə yetirilməsi    

Namizədə Tələblər:

  • Ali təhsilli  (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
  • Marketing  və  satış  sahəsində  təcrübəsi  olmalı; 
  • 40- 50   yaş  aralığı  namizəd. 
  • Satış bacarığını və bilgilərini inkişaf etdirmək;  
  • Ticarət  mərkəzlərinin   fəaliyyəti  ilə  əlaqədar  bütün  qayda  və  qanunları  bilməli; 
  • Ciddi, kollektivdə işləmə bacarığı və  idarəetmə  qabiliyyəti  yüksək səviyyədə olmalı; 
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı olmalı;
  • Dil bilikləri: Azərbaycan dili,  İngilis  dili, Rus dili    (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)   
  • Kompüter  bilikləri və ofis texnikasından  istifadə  bacarığı  olmalı
  • Məsuliyyətli, stressədavamlı 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı razılaşma yolu ilə (Təcrübə və idarəetmə qabiliyyəti nəzərə alınmaqla)

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Ümumi  idarəetmə  və satış  mütəxəsisi ” qeyd edərək  öz  CV lərini mükəmməl şəkildə email ünvanına göndərməyiniz xahiş olunur.

VAKANSİYA 3 

Elyx

Partnyorlarla iş üzrə mütəxəssis (xanım)

Son tarix 14 avq 2022 – [email protected]

Tələblər:

  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır.);
  • Yaş: 30 yaşa qədər;
  • MS Office üzrə yüksək səviyyədə işləmə bacarığı;
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yüksək səviyyədə olması;
  • Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
  • Müstəqil və komanda şəklində işləmək bacarığı;
  • Ünsiyyət, problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Müvafiq sahə üzrə təcrübəsi olan xanım namizədlərə üstünlük verilir.

Vəzifələr:

  • Partnyorlar tərəfindən gələn sorğuların cavablandırılması;
  • Xidmətlər barədə əlavə məlumatların verilməsi;
  • Mütəmadi olaraq partnyorlarla ilə ünsiyyətdə olmaq, yaşadığı problemləri araşdırmaq və aradan qaldırılması üçün müvafiq şöbəyə yönləndirmək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Korporativ nömrə.
  • Əmək haqqı: 400-500 AZN

VAKANSİYA 4 

Kontakt Home

Baş mühasib

 Son tarix 14 avq 2022 – Müraciət et

“Kontakt Home” mağazalar şəbəkəsi Kontakt Kosmetika departamentinə Baş mühasib vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mühasibatlıq uçotunun təşkili və aparılması;
  • Vergi uçotunun təşkili və müvafiq vergi hesabatların verilməsi;
  • Müvafiq mühasibatlıq hesabatlarının (P&L, Balance sheet və s.) hazırlanması;
  • Tabeliyində olan struktur bölməsinin effektiv işinin təşkili və nəzarətin edilməsi;
  • Perspektivdə həll olunması vacib olan maliyyə problemlərinin müəyyən edilməsi və bu problemlərin həlli yolları haqqında təkliflərin verilməsi, istifadəsi zəruri olan maliyyə imkanlarının müəyyən edilməsi;
  • Şirkətin maliyyə-iqtisadi vəziyyətinin əsas göstəricilərinin planlanması;
  • Şirkətin maliyyə-iqtisadi vəziyyətinin təhlil edilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Vergi məcəlləsi üzrə biliklər;
  • Səlis Azərbaycan dili, Rus və İngilis dilləri biliyi orta səviyyədə;
  • Kompüter bilikləri (MS Office, BTP və 1C proqramları ilə işləmə bacarığı);
  • Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
  • Startup təcrübəsi arzu olunandır;
  • Mühasibatlıq sisteminin (ERP) tətbiq olunmasında təcrübə arzu olunandır;
  • ACCA sertifikatı arzuolunandır.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 5 

Buta Agro

Logistika üzrə kiçik mütəxəssis

 Son tarix 14 avq 2022 – [email protected]

Vəzifə haqqında məlumat:

Gündəlik pomidor yükünün daşınmasında təyin olunan maşınlar əsasında  gömrük rəsmiləşdirilməsinə lazımi sənədlərin icra edilməsi, Logistika cədvəllərinin (pomidor və gübrə) gündəlik yenilənməsi və gün sonundadək təhvil verilməsi,Sertifikatların və invoicelərin hazırlanması. 

Vəzifə öhdəliyi: 

  • Sənədlərə əsasən CMR (nəqliyyat qaiməsi) hazırlanması və proseslərin sonunda ixracla bağlı gömrük bəyənnaməsinin   hazırlanması;
  • Təyin olunmuş maşınların yerdəyişmə prosesinin izlənməsi;
  • Gübrə idxalı zamanı “İdxal-karantin aktı” nın alınması üçün müraciət, hazır sənədlərə əsasən “Qısa idxal bəyənnaməsi” və gübrələr gəldikdən sonra “Gömrük Bəyənnaməsi”nin yazılması;
  • İdxal olunan gübrələrə bağlı yazılan “İdxal – karantin aktı” üzrə Laboratoriyaya nümunələrin çatdırılmasının, nəticələrinin və ödənisşlərinin izlənilməsi;
  • Bölgələr arası daşınmada nəqliyyat vasitələrinin təyini və Fərdi sahibkarlara məxsus maşınların ödəniş aktlarının hazırlanması;
  • Aylıq və həftəlik daşınmada istifadə olunan nəqliyyat sahiblərindən təqdim olunan ödəniş aktlarının yoxlanılması və Maliyyə şöbəsinin həmin aktlarla (pomidorla bağlı) təmin edilməsi;
  • Dövlət strukturlarına Logistika, Gömrük və AQTA ilə bağlı rəsmi ərizələrin, məktubların, şikayətlərin və müraciətlərin yazılması

Bilməlidir:

  • Rus dili – mükəmməl, İngilis dili – arzu olunan
  • MC office – proqramlarını yüksək səviyyədə bilməlidir. 
  • Gömrük sənədləşmələri və onların idarə edilməsini 

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Müştəriyə oriyentasiya;
  • Komandada işləmək bacarığı

Tələblər: 

  • Loqistika  sahəsi üzrə ali təhsil
  • Ən az 1 il iş təcrübəsi 
  • Bəy namizədlərə üstünlük veriləcək
  • Yaş həddi 22-28

Təminatlar:

  • Əmək haqqı: 800 AZN 
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək. 

Vakansiyaya uyğun namizədlər  CV-lərini Logistika üzrə kiçik mütəxəssis başlığı ilə e-mail ünvanına göndərə bilər.

Əlaqədar şəxs: Səidə Ağayeva  050-268-45-95

VAKANSİYA 6 

MKT İstehsalat Kommersiya MMC

Qrafik dizayner

 Son tarix 14 avq 2022 – Müraciət et

Vəzifə öhdəlikləri:

  • Marketinq şöbəsinin hər kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılması və proseslərin yerinə yetirilməsi; 
  • Şirkətin brend təlimatları çərçivəsində yüksək vizual təsirli materialların istehsalı və çatdırılması üçün tələb olunan bütün dizayn mənbələrinin, iş həcminin müəyyən edilməsi və dəstək;
  • Brendin idarə edilməsində və konsepsiyanın hazırlanmasından başlayaraq layihənin firma və lisenziyalı məhsullarının və kampaniyalarının reallaşdırılmasına qədər kreativ inkişafında şöbənin rəhbərinə dəstək;
  • Layihə tapşırıqlarının istehsalında Marketinq şöbənin rəhbərinə dəstək;
  • Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi 
  • Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi; brand book, jurnal, korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynı
  • Video çarxların təqdimatı və əlavə video/foto məzmunun təqdimatı üçün əsas vizual təsvirlərin, animasiya qrafiklərinin yaradılması;
  • SMM postları üçün qrafik və motion dizaynların hazırlanması
  • Dizayn üçün lazım olan foto və video kontentin toplanması
  • Proqram təminatı məhsullarının UI/UX interfeyslərinin mövcüd dizaynlarının inkişaf etdirilməsi 
  • Dizaynlardakı problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması
  • Mobil tətbiqetmələrin, saytların və web interfeyslərin layihə və dizaynının hazırlanmasında “reviewer” olaraq iştirak edilməsi və dizayn yığıldıqdan sonra, onun yoxlanılması

Tələblər:

  • Təhsil: Ali
  • Təcrübə: 1 il
  • Sertifikatlar: Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə təlimlərə aid sertifikatlar arzu olunandır
  • Dil bilikləri: Azərbaycan – Səlis ünsiyyət bacarığı;
  • Texniki biliklər:
  • Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
  • MS Office proqramları.
  • Çap və web ( social media paylaşımları)  materialları hazırlama bacarığı
  • Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə işləmə bacarğı

Səriştə və bacarıqlar:

  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Sərbəst araşdırmalar etməyi bacarmalı.
  • Analitik və kreativ zəka, insanlarla işləmək qabiliyyəti;
  • Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar;
  • Photoshop, Illustrator, After Effects proqramlarında işləmək bacarığı

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.

VAKANSİYA 7 

Zeytun Pharmaceuticals

Qeydiyyatçı (Receptionist)

 Son tarix 14 avq 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil
  • Tələb olunan sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi;
  • Dil biliyi: Azərbaycan dili (sərbəst), Rus dili (arzu olunandı);
  • Komputer bilikləri: MS Office proqramları 
  • Təşkilatçılıq, problemləri həll etmə, işgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı;
  • Yaş həddi: 23-30;
  • Xarici görünüşünə və səliqəsinə diqqətli olmalı;
  • Karyera yüksəlişi imkanı;
  • Bəy namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin cavablandırılması və təyinatı üzrə istiqamətləndirməsi;
  • Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək;
  • Şirkətə gələn qonaqların qarşılanması və onları qəbul edəcək şəxsləri bu barədə məlumatlandırilması;
  • Qəbul otağının iclas cədvəlinə nəzarət;
  • Gündəlik hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

  • 5-günlük iş həftəsi;
  • Əmək haqqı 500-600 azn;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Tibbi sığorta ilə təmin olunma;
  • İş yeri: BEGOC Biznes Mərkəzi (Hilton otelinin yanı).

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

VAKANSİYA 8 

Lalafo

Менеджер телефонных продаж

 Son tarix 14 avq 2022 – [email protected]

Требования:

Ты наш кандидат если:

  • имеешь опыт работы с клиентами или хочешь научиться этому;
  • умеешь общаться с людьми, можешь находить подход к каждому клиенту;
  • готов много общаться по телефону;
  • хочешь работать и зарабатывать;
  • умеешь пользоваться ПК;
  • владеешь русским и азербайджанским языками.

Обязанности:

  • Коммуницировать с клиентами по прописанным скриптам согласно установленных правил (теплая база, искать клиентов самостоятельно не нужно)
  • Проактивно решать вопросы и проблемы клиентов
  • Работать в базе СRM согласно утвержденным нормам и правилам

Условия работы:

  • Средняя зарплата, от 500 azn и выше (ставка + % + бонусы)
  • Если умеешь хорошо продавать сможешь заработать намного больше (верхнего потолка нет)
  • Зарплата выплачивается каждый месяц без задержек.
  • Дополнительные бонусы в виде подарков и билетов в кино.
  • Интересные командообразующие мероприятия каждый месяц.
  • График работы: с 09:00 до 18:00, 5 рабочих дней с Пн-Пт;
  • Удобное расположение офиса в центре города.
  • Мы предоставляем компьютер, телефонию и все, что понадобиться тебе для работы;
  • Возможность профессионального развития: тренинги и мастер-классы;
  • У нас дружный и позитивный коллектив профессионалов, которые любят свою работу.

Хочешь стать частью одной из лучших компаний Азербайджана? Тогда уже сейчас отправляй нам резюме с пометкой «Менеджер по продажам»!
Мы будем рады видеть тебя в своей команде!

VAKANSİYA 9 

Sea Breeze Resort & Residences

Ofis Menecer

 Son tarix 14 avq 2022  – [email protected]

Əmək haqqı: 800 AZN

İşin təsviri:

  • İdarəetmə orqanlarının iclaslarında katiblik edir, protokol və protokoldan çıxarışları hazırlayır;
  • Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;
  • Sənədlərin surətini çıxarır, çoxaldır, skan (elektron surət) edir;
  • Sənədlərlə iş və sənəd dövriyyəsi prosesində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir;
  • Kargüzarlığın aparılmasına dair hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri icra edir.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Yüksək səviyyədə Azərbaycan dili və Rus dili biliyi; 
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Güclü MS Office – Excel bilikləri;
  • Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.
  • İş qrafiki: 10:00 – 19:00 (Bazar ertəsi -şəmbə)
  • Ünvan: Nardaran qəsəbəsi, Sea Breeze hotel.

Qeyd olunan tələblər uyğun namizədlər elektron ünvanına CV göndərə bilərlər. 

VAKANSİYA 10 

Mazarina Trade Company

Logistika üzrə ödənişli təcrübə proqramı

 Son tarix 14 avq 2022 – [email protected]

Tələblər:

  • Ali Iqtisadi Təhsil
  • Dil biliyi:Azərbaycan və rus dilləri mükəmməl
  • Yaş: 21-25 
  • Analitik düşünmə qabiliyyəti
  • MS Office bilikləri (Xüsusi ilə Excel)
  • Öyrənməyə və inkişafa yüksək həvəs;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Təşkilatçılıq, koordinasiya qabiliyyəti

İş şəraiti:

  • Əmək Haqqı:300AZN 
  • İş vaxtı: 09:00 –dan-18:00 dək
  • İstirahət günləri: Şənbə və Bazar
  • Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilə bilər 

Qeyd: Rus dili biliyi mütləqdir.

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Logistika üzrə təcrübəçi” qeyd edərək göndərə  bilərsiniz

Ünvan:   Ələsgər Qayıbov 12/22(Gülüstan Palace)

https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8

Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.

7A,7B,71,93,24,11 nömrəli marşurtlarla gələ bilərsiniz. 

VAKANSİYA 11 

HERTZ Azerbaijan

Менеджер по продажам

 Son tarix 14 avq 2022 – [email protected]

Возраст: 23 – 35 лет
Опыт работы: 1 – 3 года
Зарплата: 700 AZN – 800 AZN
Контактное лицо: Фуад м
Контактный Номер: 012 437 59 95 / 055 204 02 89

Описание работы:

  • Обслуживание клиентов (сдача автомобилей в аренду)
  • График работы посменно: Аэропорт с 08:00 до 20:00, с 20:00 до 08:00 (с выходными)

Требования к кандидату:

  • Знание: обязательно азербайджанского, русского и английского языков
  • Знание офисных программ
  • Права: Категория B
  • Коммуникабельность, инициативность
  • Ответственность, самостоятельность

Просьба отправлять СV с указанием должности.

Не отвечающим всем требованиям кандидатов просьба не беспокоить!

VAKANSİYA 12 

Invent Group

Представитель по продаже ветеринарных продуктов в Азербайджане

 Son tarix 30 iyl 2022 – [email protected]

График работы: 9:00 – 18:00 часов, выходные дни– Суббота и воскресенье

Зарплата: определяется опытом и квалификацией

Основные обязанности:

  • Презентация существующих продуктов компании потенциальным клиентам на рынке Азербайджана;
  • Поиск малых и средних ферм, предложение им продукции компании Инвет;
  • Глубокое ознакомление продуктов Инвет: характеристики и эффекты каждого из них;
  • Визиты в фермах и их консультация;
  • Информирование потребителей/дилеров/фермеров о новых продуктах;
  • Определение продукции, пользующейся спросом на рынке Азербайджана;
  • Инициирование идеи и предложении по увеличению продаж.

Требования по квалификации:

  • Желательно высшее образование в сфере ветеринарии/технологии кормления или приблизительных отраслей;
  • Опыт работы в направлении животноводство/птицеводство/кормление животных минимум 1 год;
  • Знание русского языка обязательно, знание английского будет рассматриваться как преимущество;
  • Знание Power Office в MS Office (Word, Excel);

Личные качества:

  • Креативность и аналитическое мышление;
  • Умение правильно общаться;
  • Навыки тайм-менеджмента;
  • Способность работать в напряжённых рабочих условиях;
  • Умение работать в команде.

«Инвет» предлагает динамичную рабочую среду, профессиональный и карьерный рост, возможность обмена идеями. Компания постоянно заботится о развитии персонала.

Если вы заинтересованы, пожалуйста, отправьте свое резюме не позднее 29 Июля 2022 года. Собеседование будет проводится в онлайн режиме.  

В теме письма укажите название желаемой вакансии.

Желаем успехов

VAKANSİYA 13

Amal Group

Təchizat üzrə mütəxəssis

 Son tarix 14 avq 2022 – [email protected]

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil,
  • Kompüter bilikləri: MS Office proqramları (excel-əla səviyyədə), 1C,  digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur, 
  • İş təcrübəsi: 2 ildən az olmayaraq iş stajı; tikinti və mebel istehsalı sahələri üzrə satınalmada iş stajı əlavə üstünlük hesab olunur.
  • Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı. 
  • Punktual və ünsiyyətcil olması.

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş anbar qalığı və sifarişlər əsasında təchizatçı sifarişlərinin yerləşdirilməsi və təqibi 
  • Təyin olunmuş məhsullar üzrə təchizatçı bazasını genişləndirmək.
  • Təchizatçı bazaları və onların qiymət cədvəllərini müntəzəm olaraq yeniləmək
  • Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən və gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək və ya planlama aparmaq. 
  • Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması. 
  • Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması 
  • Verilən sifarişlər əsasında mal – materialların texniki göstəricilərini   dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
  • Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
  • Alınan mal – materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
  • Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq.

Bilik və bacarıqlar: 

  • Dövlət satınalma haqqında qanun və digər narmativ sənədlər.
  • 1 C proqramından sərbəst istifadə etməsi.
  • Anbar işinin qurulması prosesini bilməsi.
  • Təchizatçılar tərəfindən göndərilən mal-materialların keyfiyyətini müəyyən etməyi bacarmalı.
  • Mal-materialların adlarını və istifadəsinə dair texniki xüsusiyyətlərini bilməsi.

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 

Əmək haqqı: 800-1000 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “təchizat üzrə mütəxəssisi” adını qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

VAKANSİYA 14

Gədəbəy Mineral Suları MMC

Merçendayzer

 Son tarix 14 avq 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Satış nöqtələri ilə müsbət ikitərəfli münasibətlərin qurulması və idarə olunması
  • Satış nöqtələrində müştəri ilə danışıqların aparılması, məhsulun və şirkətə məxsus avadanlıqların yerləşməsini müəyyən etmək
  • Rəflərdə və avadanlıqlarda şirkətə məxsus məhsulların planoqrama uyğun olaraq düzülüşünü təmin etmək
  • Rəfləri və avadanlıqları səliqəyə salmaq və onlara nəzarət etmək
  • Rəflərdəki və avadanlıqdakı məhsulların əmtəə görünüşə nəzarət
  • Digər müvafiq tapşırıqların yerinə yetirilməsi

Tələblər:

  • Yaş: 20 – 30
  • Cinsi: Kişi
  • Müvafiq sahədə 1-3 ilədək iş təcrübəsi 
  • Kompüter bilikləri – MS Office proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları

İş şəraiti:

  • İş rejimi: Həftənin 6 günü
  • Əmək haqqı: 400 azn + 100 azn (yol pulu) + nahar pulu

Vakansiyaya müraciət etmək istəyən namizədlərdən cv-lərini mövzu yerinə “Merçendayzer” qeyd edərək elektron ünvanına göndərməkləri xahiş olunur.

VAKANSİYA 15

Yatsan MMC

Satıcı (xanım)

 Son tarix 14 avq 2022 – [email protected]

İş barədə məlumat:

  • Mebel məhsulları barəsində ətraflı məlumat vermək 
  • Bütün prosesin təqibini və müştəri məmnuniyyətini təmin etmək
  • Mağazadakı məhsulların nizamından məsuliyyətli olmaq və mağaza içi vizual qaydalara əməl etmək
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • İş vaxtı: 10:00-dan 20:00-dək yay rejimi
  • İş vaxtı: 10:00-dan 19:00-dək qış rejimi
  • Həftə içi 1 istirahət günü
  • Əmək haqqı: 600+bonus

Tələblər:  

  • Mebel satışı sahəsində 1 ildən 3 ilə qədər təcrübə
  • 22-40 yaşlarında  xanım
  • Ali və ya orta təhsilli
  • Etibarlı, məsuliyyətli
  • İnandırma qabiliyyəti yüksək olan, gülər üz, pozitiv, insanlarla tez ünsiyyətə girəbilən, komandada işləmə bacarığına sahib
  • İşində müştəri məmnuniyyətini əsas amil tutan
  • Rus dilini bilənlərə üstünlük verilir.
  • Kompüter proqramlarını bilən (word, excel)

Şəkilli CV-nizi mövzu bölməsində Satıcı yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Telefon nömrəsi: 0505642002

VAKANSİYA 16

Azerconnect

Senior Tax Accountant

 Son tarix 30 iyl 2022 – Müraciət et

Division: Finance
Department: Accounting
Unit: Tax
Work graphic: Standard
Workplace: Baku Bay Tower
Deadline to apply: 29.07.2022.

Your main job responsibilities:

  • To calculate VAT NR for reflecting in VAT report
  • To calculate WHT for preparation and submission of WHT reports
  • To analyze and control application of taxes on invoices created in Accounting programm for making payments to foreign and local service providers
  • To monitor compliance of ID cards with the accounts in  accounting programm (VAT, WHT, Profit Tax, Asset tax etc.)
  • To verify and confirm compliance of taxes based on the Tax Code requirements mentioned in contracts’, taxes and payments term
  • For submission of the half-yearly and annual report of the income tax report to the Reporting department and the tax office anylises of expenses and income and reflection of the financial result in the declaration
  • Analysis, processing and reporting of data for reporting property tax and other taxes
  • To prepare monthly, quarterly and annual statistical reports
  • Issuance of changes in the tax procedure and policy of the enterprise on the types of taxes to be applied in the enterprise according to the innovations and amendments made to the Tax Code in the new edition.

Position requirements:

  • Higher education in Finance and Accounting
  • 3 year experience in accounting and tax
  • Knowledge of Tax Legislation and other Legislation Acts on taxation
  • Good knowledge in accounting
  • Analytical skills
  • Attention to details
  • Knowledge of Azerbaijani (fluent) and English (intermediate) languages
  • MS Office skills

Applications will be reviewed against position requirements and only shortlisted candidates will be contacted.

İdarə: Maliyyə
Şöbə: Mühasibatlıq
Bölmə: Vergilər
İş qrafiki: Standart
İş yeri: Bakı Bay Qülləsi
Son müraciət tarixi: 29.07.2022.

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • ƏDV hesabatının tərtib edilməsi üçün ƏDV QH-ı hesablamaq;
  • Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq
  • Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək
  • Şəxsi vərəqənin mühasibat proqramındakı hesablar ilə uyğunluğununu izləmək (ƏDV, ÖMV, Mənfəət vergisi, Əmlak vergisi vs.)
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin,  vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu  yoxlamaq və təsdiq etmək
  • Mənfəət vergisi hesabatının yarım illik və illik hesabatının Reporting şöbəsinə və vergi idarəsinə təqdim edilməsi üçün xərclərin və gəlirlərin incələnməsi və maliyyə nəticəsinin bəyannamədə əks etdirilməsi
  • Əmlak vergisi və sair vergilərin hesabatlarının təqdim edilməsi üçün məlumatların analizi, işlənib hazırlanması və bəyannamədə əks etdirilməsi
  • Aylıq, rüblük və illik statistika hesabatlarını hazırlamaq
  • Vergi Məcəlləsinə edilmiş yeniliklər və düzəlişlər üzrə müəssisənin vergi prosedur və siyasətində müəssisədə tətbiq ediləcək vergi növləri üzrə dəyişikliklərin yeni redaksiyada verilməsi

Vəzifənin tələbləri:

  • Maliyyə və mühasibat uçotu ilə bağlı ali təhsil
  • Mühasibatlıq və vergi sahəsində 3 ildən artıq iş təcrübəsi
  • Vergi Qanunvericiliyi və digər qanunvericilik aktlarını, vergitutma və vergi nəzarəti məsələləri ilə bağlı müddəaları bilmək
  • Mühasibatlığı yaxşı bilmək
  • Analitik düşünmək bacarığı
  • Detallara diqqət yetirmə qabiliyyəti
  • Azərbaycan (səlis), İngilis (yaxşı) dillərini bilmək
  • MS Office Proqramlarını bilmək

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 17

Implant Dent

Stomatoloq üçün tibb bacısı

 Son tarix 14 avq 2022 – [email protected]

İş qrafiki – növbəli şəkildə

Yaş 20-35

Maaş 400 azn + bonus

Dövlət Tibbi texnikom diplomu mütləqdir, kurs sertifikatı qəbul edilmir.

Öhdəliklər:

  • Pasientlərə vaxt təyin edilməsi və qəbulu
  • Alətlərin sterilizasiya olunması

CV-ləri mailə göndərməyiniz xahiş olunur, fotosuz CV-lərə baxılmır.

Əlaqə nömrəsi : 050 563 71 72

VAKANSİYA 18

OBA marketlər şəbəkəsi

Hüquqşünas

 Son tarix 14 avq 2022 – [email protected]

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (hüquq sahəsində)
  • Kompüter bilikləri: MS Office
  • Yaş: 35 yaşa qədər;
  • İş təcrübəsi: müvafiq sahədə minimum 1 il

Vəzifə öhdəlikləri:

  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək;
  • Hüquq mühafizə orqanlarında şirkəti təmsil etmək.
  • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək
  • Ezamiyyətlərə hazır olmaq

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 19

Vertex

1C Operatoru/Office Administrator

 Son tarix 14 avq 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • 1C (8.3 versiya) programını bilmək
  • Microsoft office programların yuksək səviyyədə(excel,word)
  • Malların anbara girişi,satış,iadə,yerdəyişmələr kassa və bank əməliyyatların 1C daxil edilməsiedilməsi
  • Satış sənədlərinə nəzarət etmək
  • Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması;
  • Karğüzarlıq işlərinin təşkil edilməsi;
  • Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi;
  • Faksların göndərilməsi;
  • Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması;
  • İşçilərin kompyuter xidmətləri ilə təmin olunmasının təşkil edilməsi;
  • Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi;
  • Görüşlərin təşkil edilməsi;

Tələblər:

  • İş təcrübəsi: Minimum 1 il
  • Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməsi
  • Kompüter bilikləri: MC Office
  • Kargüzarlıq işlərini bilmək
  • E-poçtla işləmək
  • İşgüzar yazışmalar
  • Danışıqların təşkili
  • Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
  • Kommunikasiya bacarıqları
  • Əmək intizamının yüksək olması
  • Təhlükəsizlik qaydalarına əməl edilməsi

İş şərtləri:

  • Stabil iş
  • Əmək haqqı: 700-800 AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq)
  • İş saatı 1-5-ci günlər 09:00-dan 18:00-a kimi.
  • İstirahət: Şənbə və Bazar günləri
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Maraqlanan şəxslər öz CV- ni göndərə bilərlər.

VAKANSİYA 20

Company

İnsan Resursları üzrə Təcrübəçi

 Son tarix 14 avq 2022 – [email protected]

 Tələblər:

  • Ali təhsil ;
  • Yaş: 21-25;
  • Cinsi:Bəy namizədlərə üstünlük veriləcək;
  • Güclü ünsiyyətqurma qabiliyyəti;
  • İR sahəsi üzrə karyera qurmaq hədəfi;
  • MS Office bilikləri;
  • Öyrənməyə və inkişafa yüksək həvəs;
  • Analitik düşünmə qabiliyyəti;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

İş şəraiti:

  • İş vaxtı: 09:00 –dan-18:00 dək;
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Əmək Müqaviləsinin müddəti : 3 ay;
  • Təcrübə müddəti üzrə əmək haqqı: 300 AZN
  • Təcrübə müddətini uğurla keçən təcrübəçi işlə təmin edilə bilər.

Qeyd: MBA (İnsan Resurslar üzrə) və HR Təlimlərində iştirak edən nazmizədlərə üstünlük verilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Təcrübəçi” qeyd edərək göndərə bilərsiniz

VAKANSİYA 21

Bioloji Təbabət Klinikası

Laborant

 Son tarix 13 avq 2022 – [email protected]

İş yeri: Bakı şəhəri, 3-cü mkr., Pişəvari 110  

İş təcrübəsi: Sahə üzrə min. 1 il               

Vəzifə öhdəlikləri:

  • DNT izolyasiyasının edilməsi
  • Real time PCR və klassik PCR analizini etmək və nəticələndirmək
  • Strip test metodunu etmək

Tələblər:

  • Ali tibb və ya molekulyar biologiya və genetika (magistr vəya PhD) təhsili  
  • İş stajı  1 ildən yuxarı  klinik laboratoriya sahəsində
  • Ümumi laboratoriya avadanlıqları ilə işləmə bacarığı
  • Təhlükəsizlik və biotəhlükəsizlik standartlarına uyğun eksperimentlər aparabilmək qabiliyyəti
  • Analiz nəticələrini müstəqil təhlil edə bilmək qabiliyyətinə sahib olmaq
  • Məsuliyyətlik və dəqiqlik
  • Analitik düşünmə, analiz etmə qabiliyyəti
  • MS Office proqramlarında işləmə bacarığı

İş şəraiti:

  • Həftə içi 5 gün saat 10:00 -dan 17:00-dək
  • Şənbə günü saat 10:00 -dan 14:00-dək
  • İstirahət: Bazar günü

Təhsil: ali təhsil (magistr vəya PhD)

Əmək haqqı: 800-1000 AZN

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Həkim-laborant” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 15.09.2022

VAKANSİYA 22

Qala Sigorta

Strateji planlaşdırma, təhlil və avtomatlaşdırma şöbəsinin assistenti

 Son tarix 14 avq 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Şirkətin illik büdcəsinin planlaşdırılması çərçivəsində tapşırıqların yerinə yetirilməsi;
  • Satış nöqtələrinin analizi, satış kanallarının, nümayəndəlik və filialların fəaliyyətinin effektivliyinin ölçülməsi, satıcıların performansının dəyərləndirilməsində verilən tapşırıqların yerinə yetirilməsi;
  • Sığorta bazarına dair statistik məlumatların analizi;
  • Şirkətin fəaliyyətinin təhlil olunması, maliyyə göstəricilərinin ötən dövrlə və büdcə planı ilə müqayisə olunması, maliyyə göstəricilərinin yaxşılaşdırılması, o cümlədən məcmu kapitalın və şirkətin aktivlərinin likvidliyinin təmin olunması ilə bağlı təkliflərin verilməsi,
  • Şirkətin bütün strukturlarında iş proseslərinin proqramlaşdırmasında və yeni proqram təminatının inteqrasiyasında, elektron informasiya sisteminin sifarişi, yenilənməsi üçün texniki şərtlərin yazılmasında və bu istiqamətdə işin aparılmasında iştirak;
  • Avtomatlaşma ilə bağlı yeni ideyaların təklif olunması, proseslərin optimallaşdırılması, işin sürətlənməsi, prosedurların icra olunması zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı risklərin müəyyən olunması, onların aradan qaldırılması üçün tədbirlərin görülməsi və təxirəsalınmadan birbaşa rəhbərlə  müzakirə olunması;
  • Sığorta nəzarəti orqanı, digər əlaqəli qurumlarla əməkdaşlıq çərçivəsində şirkətin maraqlarının təmsil edilməsi;
  • Büdcənin səmərəli istifadə olunması ilə bağlı iş aparılması;
  • Vəzifə səlahiyyətləri çərçivəsində Şirkətin İdarə Heyətinin qərarlarının və birbaşa rəhbərin tapşırıqlarının icrası.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil – Riyaziyyat, Tətbiqi-riyaziyyat;
  • Yaş həddi 25-30 
  • İş təcrübəsi tələb olunmur;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili – səlis, Rus və İngilis dilləri – yaxşı səviyyədə;
  • Riyazi biliklərin olması, analiz etmə, risklərin qiymətləndirilməsi, alqoritmlər qurma səriştəsi, iqtisadi biliklərin, sığorta qanunvericiliyi üzrə biliklərin olması;
  • Aktuari kurslarında iştirak etmiş namizədlərə üstünlük verilir.

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 15 avqust 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “SPTAŞ-Assistent” yazaraq göndərmələri xahiş olunur. 

VAKANSİYA 23

Yağmur Mebel

Kassir

 Son tarix 13 avq 2022 – [email protected]

Ünvan: Babək prospekti 76 c Xalqlar dostluğu dairəsinin yanı

Maaş – 800 AZN

İş rejimi – Tam iş günü (6 gün)

Tələblər:

  • Xanım namizədlər
  • Ali təhsil;
  • Yaş 19-30
  • Kassir vəzifəsində 1 ilə yaxın iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmalı;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
  • Microsoft Office programları üzrə biliklərə malik olmalı;
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

İş barədə:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin  qəbul edilməsi;
  • Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin  nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.

VAKANSİYA 24

Company

Xarici satınalma üzrə mütəxəssis

 Son tarix 14 avq 2022 – [email protected]

İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A

İş təcrübəsi: 3-5 il 

Əmək haqqı:  müsahibə əsasında

İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

  • Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin  yoxlanılması və alışlara nəzarət
  • Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
  • Lazımi materialları / xidmətləri  xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
  • Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
  • Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Namizədə tələblər:

  • Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
  • CIPS sertifikatının mövcudluğu üstünlükdür
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
  • Data Analitikanı bilməsi (Tableau, Power BI) üstünlükdür
  • İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər;
  • İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 14.08.2022 ci il tarixinə qədər mövzu yerində “Xarici satınalmalar üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Fed.az