Diqqət! IST Services “Lənkəran filialında Dənizçilik sahəsi üzrə təlimçi (müəllim)” axtarır

1947

Diqqət! Komandamıza “Lənkəran filialında Dənizçilik sahəsi üzrə təlimçi (müəllim)” axtarırıq.

Vəzifələri:

Şirkətin təyin etdiyi təqvimə uyğun olaraq təlimləri yüksək səviyyədə tədris etmək;

Təlim kurslarının planlaşdırılması və təlim materiallarının hazırlanmasında köməklik göstərmək;

Təlim fəaliyyətinin və təlim materiallarının müvafiq təşkilati və qanunvericiliyə uyğun olmasını təmin etmək;

Tələb olunduqda təlimi müştərinin ərazisində tədris etmək;

Təlim iştirakçılarının davamiyyətinə nəzarət etmək;

Təlim iştirakçılarının biliklərinin qiymətləndirilməsini təmin etmək;

Birbaşa Rəhbər tərəfindən tapşırılan işləri vaxtında və dəqiq yerinə yetirmək.

Tələblər:

Ali təhsil;

Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim edilən “Baş Mexanik” səriştəlilik sənədinin olması;

MS Office proqramları ilə işləmək bacarığı;

Analitik düşünmə bacarığı;

Məsuliyyətli olmaq;

Komandada işləmək bacarığı;

Ünsiyyət və təşkilatçılıq bacarığı.

İş şərtləri:

İş vaxtı 09:00-18:00;

5 günlük iş qrafiki.

Qeyd edilən tələblərə uyğun gələn şəxslər [email protected] e-mail adresinə CV-lərini göndərə bilər.

Son müraciət tarixi 29.07.22