Bakı Limanında konteyner aşırılması 32 % artıb

473

Bakı Limanında 2022-ci ilin 6 ayı üzrə aşırılan konteynerlərin həcmi 31.8% artıb

Bakı Limanında digər növ yüklərdə olduğu kimi qlobal iqtisadiyyatda mühüm rol oynayan konteyner daşınması üzrə də göstəricilər davamlı olaraq artmağa davam edir. Əgər ötən ilin ilk 6 ayı ərzində Bakı Limanı vasitəsilə TEU ekvivalentində 21 124 ədəd konteyner aşırılmışdısa, 2022-ci ilin eyni dövründə bu rəqəm 27 844 ədəd olub. Bu göstərici isə 31,8 % artım deməkdir.

Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanı yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başaladığı 2018-ci ildən etibarən digər növ yüklərdə olduğu kimi konteyner aşırılmasında da hər il artım qeydə alınır. Belə ki, 2018-ci ildə Bakı Limanında 22 887 ədəd konteyner aşırılmışdısa, 2019-cu ildə bu rəqəm 35 024 ədəd, 2020-ci ildə 40 345 ədəd, 2021-ci ildə isə 45 025 ədəd olub. 2018 və 2021-ci illərdə əldə edilən göstəriciləri müqayisə etdikdə görmək olar ki, artım dinamikası 2 dəfədən çoxdur.

Bu ilin sonuna kimi Bakı Limanında aşırılan konteynerlərin həcmində də daha çox artımın olacağı proqnozlaşdırılır.

#portofbaku#portofbaku120years