Ukraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcəkUkraynadan taxıl dolu ilk gəmi bu gün yola düşəcək

285

Fors-major hadisə baş verməzsə, bu gün – iyulun 29-da Ukraynanın Odessa limanından taxıl dolu ilk gəmi yola düşəcək.

“Report” xəbər verir ki, məlumatı Rusiya KİV yayıb.

Bildirilib ki, Ukraynadan gün ərzində yola salınacaq taxıl dolu ilk gəminin Somaliyə göndəriləcəyi gözlənilir. Gəmi 6 həftəyə Somali limanına yetişəcək.

Qeyd edək ki, Rusiyanın Ukrayna limanlarını mühasirəyə alması səbəbindən taxıl dolu gəmilərin nəzərdə tutulan istiqamətə göndərilməsi mümkün deyil. Türkiyə ilə BMT-nin Rusiya və Ukrayna arasında danışıqlar nəticəsində mühasirənin götürülməsinə nail olunub. Danışıqlara əsasən, Rusiya gübrələri də Qara dənizdəki limanlardan təyinatı üzrə göndəriləcək.