“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 5 mln manatlıq tenderi yekunlaşdırıb

383

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) vahid inteqrasiya olunmuş təhlükəsizlik sisteminin və avadanlığının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi İsrailin “Magal Security Systems Ltd.” şirkətidir.

Qalib şirkətə 5,1 milyon manat ödəniləcək.

Xatırladaq ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.