ASCO yeni vakansiyalar elan edib

2189

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) kapitan, kapitanın böyük köməkçisi, böyük mexanik, ikinci mexanik, matros, motorçu və elektrik vəzifələri üzrə vakansiyalar elan edib.

Matros, motorçu və elektrik vəzifələri üzrə müraciət edən namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər.  Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına bağlanacaq.

Namizədlər vakansiyalara elektron qaydada müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

Qeyd edək ki, işə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük veriləcək. 

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

Kapitan: https://www.asco.az/az/pages/6/65/vacancy/12485

Kapitanın böyük köməkçisi: https://www.asco.az/az/pages/6/65/vacancy/12486

Böyük mexanik: https://www.asco.az/az/pages/6/65/vacancy/12487

İkinci mexanik: https://www.asco.az/az/pages/6/65/vacancy/12488

Matros: https://www.asco.az/az/pages/6/65/vacancy/12495

Motorçu: https://www.asco.az/az/pages/6/65/vacancy/12496

Elektrik: https://www.asco.az/az/pages/6/65/vacancy/12497

asco.az