Novorossiyskdə Türkiyədən bərələrin qəbulu üçün dəniz terminalı açılacaq

245

Rusiyanın Novorossiysk şəhərində Türkiyədən böyük bərələri (eyni vaxtda 100-ə yaxın yük maşını yerləşən) qəbul edəcək terminal açılacaq.

Bu barədə RF Maliyyə Nazirliyindən olan mənbələrdən bildirilib.

Məlumata görə, Rusiyanın cənubundakı ən böyük konteyner terminalı olan Novorossiysk qovşaq nəqliyyat-ekspedisiya müəssisəsi (NUTEP) Türkiyədən yüklərin daşınması üçün hazırlanacaq.

Mənbədən vurğulanıb ki, iri avtomobil yük bərələrinin qəbuluna hazırlıq anti-Rusiya sanksiyaları fonunda Türkiyədən Rusiyaya mal tədarükünün sürətlə artması ilə bağlıdır. Məsələn, təkcə iyul ayında Türkiyədən ixrac 731 milyon dollar (1,242 mlrd. manat) təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 75% çoxdur. Yəni Türkiyə Rusiya üçün logistika və təchizat baxımından adekvat əlaqələr saxlayan əsas ölkəyə çevrilib.

Mənbə: RBK