Qazaxıstandan Bakıya 151 konteyner çatdırılıb

92

Bakı Limanında Qazaxıstanın Aktau limanından gəlmiş, 151 konteynerlə yüklənmiş “Barys” gəmisinin boşaldılması əməliyyatı icra edilir.

“Report” xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

“Barys” gəmisi 12 may 2017-ci il tarixində Rumıniyanın Braila şəhərində suya buraxılıb. Konteyner gəmisinin uzunluğu 113 metr, eni 21 metr, tutumu 165 TEU-dur.