Türkiyə bu həftə boğazlardan keçid üçün rüsumların məbləğini artıracaq

196

Türkiyə bu həftə boğazlardan keçid üçün rüsumların məbləğini artıracaq.

“Seanews.az” xəbər verir ki, Ankaranın ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumlardan əldə etdiyi illik gəlir təxminən 200 milyon dollar təşkil edəcək.  

Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu bildirib ki, rüsumların məbləği 1983-cü ildən dəyişməyib (Montrö Konvensiyasının imzalanmasından sonra bu məbləğ qızıl frankı əsasında hesablanıb).

“Biz boğazlar boyunca rüsumların yığılması sistemini yenilədik və dünyaya elan etdik ki, onu hər il iyulun 1-də dəyişəcəyik. Söhbət gəmilərin dayanmadan keçməsi üçün rüsumların ildə 30 milyon dollardan 200 milyon dollara qədər artırılmasından gedir”, – deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri izahat verib.

“Profile” bildirir ki, Türkiyənin Montrö Konvensiyasına uyğun olaraq gəmilərin keçid haqqını artırmaq hüququ var.