ASCO yeni vakansiyalar elan edib

1202

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) matros, motorçu və elektrik vəzifələri üzrə vakansiyalar elan edib.

Matros, motorçu və elektrik vəzifələri üzrə müraciət edən namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər.  Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına qarşılanacaq.

Namizədlər vakansiyalara elektron qaydada 31 oktyabr 2022-ci il tarixinədək müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

Qeyd edək ki, işə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük veriləcək. 

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

Matros:  https://www.asco.az/az/pages/6/65/vacancy/12502

Motorçu: https://www.asco.az/az/pages/6/65/vacancy/12503

Elektrik: https://www.asco.az/az/pages/6/65/vacancy/12504 

asco.az