Həftəsonu Ukrayna limanlarından ərzaq daşıyan 17 gəmi çıxıb – FOTO

218

Türkiyə Müdafiə Nazirliyi bazar günü kənd təsərrüfatı məhsulları daşıyan 17 gəminin bu həftəsonu ərzində Ukrayna limanlarını tərk etdiyini açıqlayıb.

Türkiyə hökumətinin məlumatına görə, taxıl dəhlizi barədə sazişin icrasına başlanıldıığı avqustun 1-dən dəniz yolu ilə Ukraynadan 6,5 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir.