Türkiyə limanları 50 milyon tondan çox neft məhsulları qəbul edib

231

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 50 milyon 858 min 973 ton neft məhsulları qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara neft məhsulları qəbulu 2 milyon 516 min 207 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə neft məhsulları daşınması 48 milyon 342 min 766 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-avqust ayında Türkiyə limanlarından tranzit yolu ilə 32 milyon 638 min 978 ton neft məhsulları daşınıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.