ASCO-da rüşvət əleyhinə idarəetmə sisteminə dair təlim keçirilib

274

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “İSO 37001 üzrə Menecment Standartına Giriş” və “İSO 37001 üzrə Daxili Audit” mövzusunda növbəti təlim keçirilib.

“Bureau De Qualite” şirkətinin nümayəndələrinin keçdiyi təlimdə ASCO-nun rəhbər şəxsləri ilə yanaşı, əməkdaşları da iştirak ediblər.

Təlimdə dinləyicilərə “ISO 37001:2016” rüşvət əleyhinə idarəetmə sistemi, sistemin qurulması və tətbiqində diqqət ediməli məqamlar, ortaya çıxan çətinliklər və onların həlli yolları, antikorrupsiya anlayışı barədə ətraflı məlumat verilib. Sözügedən standartın tətbiq sahələri və onun təkmilləşdirmə metodologiyasından danışılıb. İştirakçılara sənədləşdirilmənin düzgün aparılması qaydaları izah edilib.

Qeyd edək ki, ASCO əməkdaşlarının müasir menecment standartları üzrə biliklərinin artırılmasına dair mütəmadi təlimlər təşkil olunur. Bu istiqamətdə təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

ASCO.AZ