Almaniyanın Azərbaycandakı səfiri Bakı Limanında olub

382

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ralf Horlemann Bakı Limanında səfər edib. Bakı Limanının Baş direktoru, Taleh Ziyadov qonaqları salamlayaraq liman əməliyyatlarını effektiv icra etmək üçün mövcud biznes imkanları və limanın inkişafına strateji baxış haqqında məlumat verib.

Görüş zamanı səfir Ralf Horlemann vurğuladı ki, Alman şirkətləri Orta Dəhliz boyu logistik həllərin tətbiq olunmasında iştirak edə bilər, həmçinin Səfirlik Bakı Limanı ilə əməkdaşlıq edərək Alman şirkətlərinin Limana işgüzar səfərinin təşkil olunmasına dəstək olacaqdır.