Bosfor boğazında hərəkət dayanıb

234

Bosfor boğazında qəzaya uğrayan yük gəmisinə görə nəqliyyatın hərəkəti dayandırılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, quru yük gəmisinin mühərrikində yaranan nasazlıq səbəbindən boğaz bağlanıb.

Quru yük gəmisinə kömək üçün Sahil Mühafizəsi xilasedici katerlər göndərib.