ADDA-da Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib

260

Azərbaycan Dövlət Dəniz Akademiyasında Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib.

İclasda əvvəlcə 2022-ci ildə tədrisin bütün pillələri üzrə Akademiyaya qəbulun nəticələri haqqında məsələ dinlənilib.

Tədris qeydiyyat şöbəsinin müdiri Əsədullah Süleymanov bildirib ki, builki qəbulun nəticələri və bütün yerlərin dolması nikbinlik üçün əsas verir. Dəniz Akademiyasının nüfuzu ildən-ilə artır və bu, özünü qəbulun nəticələrində də göstərir.

Elmi Şuranın sədri, rektor Heydər Əsədov qeyd edib ki, qəbul planının tam dolması təlabat formalaşdıra bilməyimizdən xəbər verir.  Akademiyanın təbliğatı məqsədilə müvafiq işləri görməklə bu nəticəyə nail olmuşuq.

Rektor bildirib ki, tələbat varsa, qəbul planını artırmaq olar. Qəbul planını artırmaq təkcə qəbul proqnozunun yerinə yetirilməsi deyil, həmçinin tələbələrin təhsil almaları üçün münbit şəraitin yaradılmasıdır. Akademiyaya qəbul ballarının artması, qəbul olunanlar arasında 20 əcnəbi vətəndaşın olması da çox yaxşı göstəricidir.

Sonra 2021/2022-ci tədris ilində məzun buraxılışının yekunu haqqında məlumat dinlənilib. Bundan başqa, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Qazaxıstanın Yessenov Universiteti arasında imzalanmış müqaviləyə əsasən ikili diplom proqramı üzrə tədris planları təsdiqlənib.

adda.edu.az