Yeni gəmiçilik şirkəti Almaniyanın Hamburq və Bremerhaven limanları ilə Norveçin qərb sahilləri arasında xidmətə başlayır

222

Norveçin yeni yaradılmış “Arctic Container Line” gəmiçilik şirkəti Almaniyanın Hamburq və Bremerhaven limanları ilə Norveçin qərb sahilləri arasında xidmətə başlayır.

“Seanews.az” xəbər verir ki, xəttə 712 TEU tutumlu “RS Mistral” konteyner gəmisi xidmət göstərəcək.

 “Arctic Container Line” gəmiçilik şirkəti bu ilin martında yaradılıb. Şirkət 6 konteyner gəmisinə, eləcə də ümumi yüklərin daşınması və dəniz layihələri üçün gəmilərə sahib olan “Myklebusthaug Group”-na daxildir.

“Arctic Container Line” ilk xidmətini iyun ayında – Rotterdama açdı. Norveçdə xətt Egersun, Tananger, Heyresun, Bergen, Fluro, Olesun və Orkanger limanlarına xidmət göstərir.

seanews.az