Britaniya miqrantları kruiz gəmilərində yerləşdirə bilər

219

Britaniya köhnə kruiz gəmilərini və boş universitet kampuslarını qaçqınların yerləşdirilməsi üçün uyğunlaşdırmaq niyyətindədir.

Krallığın Daxili İşlər Nazirliyindəki mənbə yerli mətbuata miqrantların hotellərdə yerləşdirmənin hədsiz xərclərindən və məcburi köçkünlər üçün alternativ yaşayış yerlərinin axtarışından danışıb.

Məlumata görə, DİN miqrantları hotellərdə saxlamaq xərclərini azaltmaq üçün istifadəsiz onları kruiz gəmilərində və universitet yataqxanalarında yerləşdirməyi nəzərdən keçirir.

Bildirilr ki, Britaniya hökuməti hazırda miqrantların hotellərdə yerləşdirilməsi üçün hər gün təxminən yeddi milyon funt-sterlinq xərcləyir, illik xərclər isə iki milyard funt-sterlinqi keçir.

Məhz bu səbəbdən daxili işlər naziri Suella Braverman miqrantların yerləşdirilməsi üçün alternativ, daha ucuz yollar tapmağı tapşırıb.

Qeyd edək ki, Şotlandiya hökuməti artıq qaçqınların yerləşdirilməsi üçün pula qənaət etmək məqsədilə eyni yolu tutub. Ukraynadan gələn miqrantları yerləşdirmək üçün bir neçə kruiz gəmisi icarəyə götürüıüb. Hazırda Edinburqda bu gəmilərdən birinin kabinələrində 1700-ə qədər ukraynalı yaşayır.

Mənbə: tvzvezda.ru