Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımaların həcmi açıqlanıb

279

2022-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə yük daşımaları 540 min ton təşkil edib.

Trend bu gün xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə heyətinin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə 2021-ci illə müqayisədə artım 26,2 faiz və ya 112 min ton olub.

“BTQ iştirakçı ölkələr qarşısında böyük imkanlar açıb, o cümlədən, Avropa məkanına çıxış üzrə imkanlar açıb və Qərb istiqamətində nəhəng potensial yaradıb”, – deyə o bildirib.

Qeyd edək ki, 850 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu 2017-ci ildə istifadəyə verilib.