“Taxıl dəhlizi” ilə növbəti gəmilər yola düşüb

248

Son 2 sutkada 182 min ton kənd təsərrüfatı malları ilə yüklənmiş 7 gəmi “Taxıl dəhlizi” vasitəsilə Ukraynadan yola düşüb. 24 gəmi hazırda limanlarda yüklənməni gözləyir.  

“Seanews.az”-ın xəbərinə görə, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

“Bosphorus Asia” və “Princess Manissa” quru yük gəmilərindəki (uyğun olaraq 30,5 və 20,5 min ton) qarğıdalı Tunis və Liviyaya daşınacaq.

Limanda qalan 24 gəmiyə 973 min ton buğda yüklənir. Daha 5 gəmi isə 104,4 min ton ərzağı aparmaq üçün “Taxıl dəhlizi” ilə hərəkət edir.