Hamiyəçi-elektromexanik və gəmi elektromexanikləri üçün “DP technical training” təlimi keçirilib

281

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) DP mütəxəssislərinin hazırlanması istiqamətində aparılan işlərin davamı olaraq  hamiyəçi-elektromexanik və gəmi elektromexanikləri üçün “DP technical training”  təlimi keçirilib.

Təlim DP sahəsində mühüm yer tutan  “Marine Technologies” LTD şirkətinin təcrübəli təlimçisi Kristoffer Saestadın iştirakı ilə baş tutub.

Təlimin əsas məqsədi DP1, DP2 və DP3 sistemləri, onlarda istifadə olunan proqram təminatı, onlar üzərində işin aparılması və yenilənməsi, istehsalçı mərkəzi ilə DP kompüterlərin əlaqələndirilməsi, DP sistemlərində yenilənmiş hissələrin proqramlaşdırılması, texniki qulluq qaydaları və ardıcıllıqları, nasazıqların aradan qaldırılması texnolgiyası kimi mühüm məlumatların iştirakçılara çatdırılmasından ibarət olub.

İki gün davam edən təlim interaktiv formada təşkil olunub, fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara cavab verilib.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

asco.az