IMO işçi heyəti daşıyan gəmilər üçün beynəlxalq təhlükəsizlik kodu tətbiq edəcək

294

IMO işçi heyəti daşıyan gəmilər üçün beynəlxalq təhlükəsizlik kodu tətbiq edəcək.

“Seanews.az”-ın məlumatına görə, 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək məcəllə yük və yüksəksürətli gəmilərə dəniz şelfində və dənizdəki sənaye obyektlərində işləyən heyətləri göyərtəsində daşımağa və yerləşdirməyə imkan verəcək.

Yeni beynəlxalq sənəd dəniz şelfində iqtisadi aktivliyin artması – qazma platformalarının, külək stansiyalarının quraşdırılması ilə əlaqədar dəniz daşımalarının təhlükəsizliyinin yaxşılaşdırılması zərurətindən doğur.

Məcəlləyə görə, gəmilərin göyərtəsindəki personalın sayı 60 nəfərdən çox olduqda, zəhərli məhsulların, aşağı alışma temperaturlu məhsulların və turşuların yük kimi daşınmasına icazə verilmir.