Türkiyə Qara dənizdəki qaz kəmərinin tikintisini başa çatdırıb – FOTO

273

Türkiyə Qara dənizdəki böyük Sakarya yatağından qazın tədarükü üçün nəzərdə tutulan Qaz Ölçmə Stansiyasının (QİS) tikintisini başa çatdırıb.

Eləcə də bu stansiyanı qazpaylayıcı sistemlə birləşdirən boru xəttinin çəkilməsi işləri də tamamlanıb.

Bu barədə BOTAŞ şirkətindən məlumat verilib.

İstehlakçılar sahildən təxminən 170 kilometr məsafədə yerləşən bu yataqdan artıq cari ilin birinci rübündə qaz əldə edə biləcəklər. Birinci mərhələdə qazın nəqli sutkada 10 milyon kubmetr təşkil edəcək, lakin Qaz Ölçmə Stansiyasının potensialı sutkada 50 milyon kubmetr və ya ildə 18 milyard kubmetrdən çox olacaq.

Mənbə: Lenta.ru