Dənizçilər arasında keçirilən stolüstü tennis yarışının qalibləri məlum olub

302

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. Yarışda bütün strukturlardan olan stolüstü tennis həvəskarları qüvvələrini sınayıblar.

 Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idman zalında baş tutan mübarizədə I yeri Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Elmar Qafarov tutub. II və III yerə isə “Bibiheybət” Gəmi Təmiri Zavodunun təmsilçiləri Müzəffər Qurbanov və Elşən Kərəmov çıxıb.

Qaliblərə diplom və hədiyyələr verilib.

ASCO-da idmanın digər növləri kimi, stolüstü tennisə də maraq böyükdür. Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.

seanews.az