Mərmərə dənizinin rəngi dəyişdi – FOTO

342

Türkiyənin Muğla şəhərində yağan leysan yağışları Marmaris, Datça, Seydikemer, Milas və Köyceğiz rayonlarında daşqınlara səbəb olub.

Yağışdan sonra dağlardan axan su səbəbindən dənizin firuzəyi rəngi qəhvəyi olub.

2021-ci ildə Marmaris rayonunun İçmələr ərazisində baş verən meşə yanğınında təpələr üzərindəki meşə sahəsi yanıb. Yanan sahədə yağışdan sonra dağlardan axan palçıqlı su dənizin rəngini dəyişib.

Mənbə: TRT Haber