Asiya sularında gəmiyə hücum hadisəsində dənizçilər xəsarət almayıblar

187

İlin əvvəlindən gəmilərə hücumla bağlı üç hadisədən ikisi Asiya sularında qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, hadisələr 2023-cü il yanvarın 17-dən 24-dək olan müddətdə baş verib.

Birinci hadisədə cinayətkarlar Sinqapur boğazında yük daşıyan gəmidən heç nə apara bilməyiblər.

Digəri isə Hindistanın Kandla limanında lövbər salmış, kimyəvi yüklər daşıyan tankerin göyərtəsində olub. Cinayətkarlar gəmidən mis klapanlar, paslanmayan polad boltlar aparıblar.

Hadisələrin heç birində dənizçilər xəsarət almayıblar.