ASCO matros və motorçu vəzifələri üzrə vakansiyalar elan edib

2912

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) matros və motorçu vəzifələri üzrə vakansiyalar elan edib.

Namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər. Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına qarşılanacaq.

Namizədlər vakansiyalara elektron qaydada 15 fevral 2023-cü il tarixinədək müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

Matros: https://www.asco.az/az/pages/6/65/vacancy/12516

Motorçu: https://www.asco.az/az/pages/6/65/vacancy/12515

asco.az