ASCO yeni açıq müsabiqə elan edib

524

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti balansında olan “Akademik H.Əliyev” bərə gəmisinin MAN 6T23LH köməkçi mühərrikinin, “Professor Gül” və “Merkuri-1” bərə gəmilərinin MAN 6K45GFCA baş və MAN 6T23LH köməkçi mühərriklərin ehtiyat hissələrinin satınalınması məqsədi ilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2023-cü il fevralın 13-ü, Bakı vaxtı ilə saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki

tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Mikayıl Useynov küç. 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1071.  Yüklə

asco.az