Qvineya körfəzindəki piratçılıq beynəlxalq gəmiçilik üçün təhlükəlidir

324

ABŞ Benində bir patrul gəmisi yerləşdirib və bu ölkədəki Qvineya körfəzində dəniz quldurluğu ilə mübarizə aparmaq üçün hərbi dəniz bazasını təchiz edib.

“Seanews.az”-ın məlumatına görə, Birləşmiş Ştatlar daha əvvəl Beninə üç patrul gəmisi çatdırmışdı.

Qvineya körfəzindəki piratçılıq beynəlxalq gəmiçilik üçün əsas təhlükə olaraq qalır.

“ICC IMB”-nin hesabatına görə, keçən il 115 gəmi quldurluğu və silahlı qarət hadisəsi qeydə alınıb. 2021-ci ildə isə 132 belə hal olub. Bu hücumların yarısı Cənub-Şərqi Asiya sularında, xüsusən də insidentlərin sayının artmaqda davam etdiyi Sinqapur boğazında baş verib.