Yeni dokun təməli qoyulub

435

Tallinin “Hat-San Shipyard” tərsanəsində “BLRT Grupp” üçün yeni dokun təməlqoyma mərasimi keçirilib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  tədbirdə Estoniyanın Türkiyədəki səfiri Anneli Kolk və Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Selim Dursun da iştirak ediblər.

Tallin Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Sergey Kravçenko deyib:

-Müştərilərimizin onlar üçün əlverişli regionda xidmət ala bilmələrini davam etdirmək üçün konsern Tallinndə gəmi təmirinin inkişafına sərmayə yatırmaq qərarına gəlib. 180 metr  uzunluğu və 30 metr enində dok Tallin Gəmiqayırma Zavodunda ən böyük dok olacaq və bizə “Handisize” tipli gəmiləri qəbul etməyə imkan verəcək. Yeni dok zavodun gəmiləri təmir etmək və modernləşdirmək imkanını yaxşılaşdırmaqla yanaşı, ətraf mühitə təsirini də azaltmağa imkan edəcək.

“Hat-San Shipyard”  İdarə Heyətinin üzvü Mustafa Pepe ümidvar olduğunu bildirib ki, bu layihənin həyata keçirilməsi Türkiyə tərsanəsi ilə “BLRT Grupp” arasında uzunmüddətli əməkdaşlıq üçün körpü olacaq.