“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC işə qəbul elan edir

1264

5-ci dərəcəli kran operatoru(Portal kran)

Struktur vahidinin adı

Liman əməliyyatları departamentinin Ümumi yüklər terminalı

Struktur bölmənin adı

İş rejimi

Növbəli

Vakansiyaya müraciət üçün son tarix

12-02-2023

İş yerinin ünvanı

Ələt

Şərtlər

5-ci dərəcəli kran operatoru vəzifəsinin profilinə aşağıdakılar daxildir:

–        Peşə və ya Orta ixtisas təhsili;

–        İxtisas sertifikatı;

–        Sahə üzrə 1 il iş təcrübəsi.

BİLMƏLİDİR:

–        Xidmət edilən portal kranın və onun mexanizmlərinin quruluşunu;

–        Yüklərin yerdəyişmə üsullarını;

–        Texnoloji avadanlığın quraşdırılmasını;

–        Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsi;

–        Portal krana xidmət göstərilməsi qaydalarını;

–        Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.

DAVRANIŞ BACARIQLARI:

–        Nizam-intizam;

–        Məsuliyyət;

–        İşi təqib etmə;

–        Detallara diqqət.

Öhdəliklər

–        Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək;

–        Orta mürəkkəbli (0-75 ton aralığında) yük qaldırma əməliyyatlarını icra etmək;

–        zərurət yarandıqda kranda təmir işlərində iştirak görmək və krana texniki xidmət göstərmək;

–        Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək;

–        Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək;

–        Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;

–        Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək;

–        Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;

–        Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;

–        Verilən təlimatlara və işarələrə dəqiq əməl etmək.

Vakansiyalar ilə maraqlanan namizədlər CV-lərini 12-02-2023-ci il tarixinədək [email protected] elektron ünvanına başlıqda təqdim edilən vəzəfənin vəzifənin adını qeyd edərək ğöndərə bilərlər.

http://cvportal.portofbaku.az/index.php?r=vacancies/view&id=47

Source:http://cvportal.portofbaku.az/index.php?r=candidates/register