Dövlət Dəniz və Liman Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı gəmilərə xəbərdarlıq edir.

308

Bu gün axşamdan başlayaraq ölkə ərazisində havanın kəskin dəyişməsi ilə
bağlı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi
Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.
Xəbərdarlığa əsasən, Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin fevralın 10-
u gündüzədək davam etməsi proqnazlaşdırılır. Həmin günlər ərzində şimal-qərb, şimal
küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30-35 m/s-dək güclənəcəyi
gözlənilir. Dalğanın hündürlüyü 3.0-5.0 m, sonrakı inkişafda 6.0-8.0 m. çatacağı
praqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin
Hidrometeoroloji Proqnozlar Bürosundan daxil olan məlumatlar dərhal Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzinin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlər
həyata keçirilib. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq
işlərin görülməsi istiqamətimdə dərhal təlimatlandırılıb. Həmçinin, lövbərdə duran,
hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində navtex və digər
rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.
Bununla yanaşı. dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə
ilə bağlı məlumatlandırılıb.
Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin
Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki
vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin
edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Source:https://ddla.gov.az/