bp şirkətində işləyən Azərbaycan vətəndaşlarının – SAYI ARTIB

595

2022-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

Bu barədə FED.az-a bp-Azərbaycandan bildirilib.

Qeyd edilib ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

Xatırladaq ki, 2021-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2266 nəfər idi. Beləliklə, bp-nin   işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 111 nəər artıb.