Livan Suriyaya mal və avadanlıq daşıyacaq gəmiçilik şirkətlərini rüsum ödəməkdən azad edib

293

Livan zəlzələdən zərər çəkən qonşu Suriyaya təcili humanitar yardım üçün dəniz limanlarını və hava məkanını açıb.

Bu barədə “REGNUM” Livanın ictimai işlər və nəqliyyat naziri vəzifəsini icra edən Əli Hamiyeyə istinadən xəbər verir.

“Hökumətin əmri ilə Suriyaya mal və avadanlıq daşıyacaq bütün gəmiçilik şirkətləri Livan limanlarında rüsum ödəməkdən azad edilib”, – deyə nazir əvəzi əlavə edib.

Eyni güzəştlər Beyrut beynəlxalq limanında da hava daşımaları üçün tətbiq olunacaq.

Haminin sözlərinə görə, qərar ABŞ və Avropa İttifaqının Dəməşqə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar nəzərə alınaraq qəbul edilib. Bu səbəbdən bir çox ölkələr Suriyanın rəsmi orqanları ilə birbaşa təmaslara girməməyə çalışır.

Seanews.az