ASCO kollektivinə ağır itki üz verib

1069

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Ordubad” gəmisinin kapitanın növbə köməkçisi Rövşən Allahverənov vəfat edib.

Rövşən Allahverənov 17 dekabr 1971-ci ildə Bakı şəhərində anadan olub.

2008-ci ildə “gəmi sürücülüyu/texnik, gəmi sürücüsü” ixtisası üzrə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunu bitirib.

O, əmək fəaliyyətinə 1995-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində radiooperator kimi başlayıb. 2012-ci ildə  3-cü köməkçi kimi üzən heyətin sıralarına qoşulub. Daha sonralar ASCO-nun müxtəlif gəmilərində işləyərək kapitanın növbə köməkçisi vəzifəsinədək yüksəlib.  

2022-ci ilin sentyabrından ömrünün sonunadək “Ordubad” gəmisində kapitanın növbə köməkçisi işləyib. 

Ailəli olub, özündən sonra iki övladı yadigar qalıb.

Rövşən Allahverənov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Rövşən Allahverənovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!

seanews.az