Batumi sahillərində gəmi və bərələrin hərəkəti müvəqqəti məhdudlaşdırılıb

312

Batumi sahillərində bütün növ gəmi və bərələrin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

APA “Netgazeti” saytına istinadən xəbər verir ki, qərar ötən gün Batumidə Qara dəniz sahilində sualtı minanın partlaması ilə əlaqədar qəbul edilib. İnsidentdən sonra dənizdə hərəkətin dayandırıldığı və Gürcüstanın ərazi sularında dronlar vasitəsilə tədqiqatların aparılmasına başlanıldığı bildirilib.

Qeyd edək ki, insident ötən gün yerli vaxtla saat 18:00-da baş verib. Hadisə şahidlərinin çəkdiyi videolarda partlayışa sualtı minanın səbəb olduğu müşahidə edilir.

Gürcüstan Daxili İşlər Nazirliyi bu vaxtadək partlayışa nəyin səbəb olduğunu açıqlamayıb.