“Maersk” Süveyş kanalını bağlayan şirkəti məhkəməyə verdi

294

Danimarkanın nəqliyyat və logistika şirkətlər qrupu “A.P. Moller‒Maersk”, 2021-ci ildə gəmilərindən biri tərəfindən Süveyş kanalının bağlanmasına görə rəqib konteyner daşıma şirkəti “Evergreen Marine”i məhkəməyə verib.

“Maersk”in iddiasında qeyd edilir ki, Süveyş kanalında baş verən insident nəticəsində şirkətin 50 gəmisi saxlanılıb. Bunun nəticəsində zərər 43 milyon dollar təşkil edib və “Maersk” vəsaitin “Evergreen” tərəfindən ödənilməsini gözləyir.

İddia Danimarka məhkəməsinə təqdim olunub.

“Evergreen” nümayəndəsi bildirib ki, onun şirkəti “Maersk” qarşısında heç bir məsuliyyət daşımır.

Xatırladaq ki, 2021-ci ilin martında “Evergreen”ə məxsus konteyner gəmisi Süveyş kanalından keçərkən saya oturub. Nəticədə ərazidə 6 gün ərzində naviqasiya dayandırılıb.

Mənbə: portnews.ru