Argentinanın nümayəndə heyəti Bakı Limanına səfər edib

290

Argentinın Azərbaycandakı səfiri xanım Mariangeles Belluscinin rəhbərlik etdiyi, səfirlik əməkdaşlarından və Argentinanın aparıcı sənaye şirkəti olan “ProMendoza”nın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Bakı Limanında səfərdə olub.

Bakı Limanının Baş direktoru Taleh Ziyadovla görüş zamanı qonaqlara limanın, Azərbaycandan keçərək Avropa və Asiyanı birləşdirən nəqliyyat və logistika dəhlizlərində, o cümlədən Orta Dəhlizin daha da genişləndirilməsində tutduqu mühüm rol, “Azərbaycanın hub konsepsiyası” və limanda investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verilib və onların sualları cavablandırılıb.

Argentina nümayəndə heyəti həmçinin transkontinental ticarət əlaqələrinin qurulmasında Bakı Limanın rolunu xüsusi vurğulayıb. Qeyd olundu ki, Argentinalı iş adamları həm Azərbaycan, həm də region ölkələrinin bazarlarına çıxmaq üçün Bakı Limanında mövcud olan və gələcək imkanlarından istifadə etməyi planlayırlar.

Məlumat üçün bildirək ki, son dövrlər Bakı Limanından Latın Amerikası ölkələrinə daşınan yüklərin həcmində artım olub. Beləki, Bakı Limanı vasitəsi ilə 2021-ci ildə qeyd edilən istiqamətə 12 min ton yük daşınmışdısa, 2022-ci ildə bu rəqəm 158 min tondan çox olub.

source:https://www.facebook.com/BakuSeaTradePort/