Banqladeş limanlarını Rusiya gəmilərinin üzünə bağlayıb

185

Banqladeş sanksiyalara qoşulub və limanlarını Rusiya gəmilərinin üzünə bağlayıb.

Bu barədə “The Financial Express” məlumat yayıb.

Banqladeş hökuməti Aİ və ABŞ sanksiyaları altında Rusiyanın 69 gəmisinin öz limanlarına daxil olmasını qadağan edib. Gəmilər yük gətirə, yanacaq doldurmaq üçün dayana və ərazidə dəniz yollarından istifadə edə bilməzlər.

Daha əvvəl bildirilmişdi ki, Banqladeş Hərbi Dəniz Qüvvələri Norveçin “Vard Marine” şirkəti tərəfindən layihəndirilən üç desant gəmisini alacaq. Nəşrin məlumatına görə, “Vard Marine” ilə müqavilə 2022-ci ilin noyabrında imzalanıb. Layihə “Vard 7 507” və “Vard Marine” şirkətlərinin seriyalı gəmiləri əsasında qurulacaq.

Desant gəmiləri Banqladeşin sahilyanı ərazilərində əməliyyatlar, eləcə də qoşunların, tankların, texnikanın və ləvazimatların daşınması üçün nəzərdə tutulur.