Dövlət Sərhəd Xidmətindən “Udt Group”a 3,8 milyon manatlıq sifariş – TENDER NƏTİCƏSİ

656

Dövlət Sərhəd Xidməti 4 tenderin nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, bütün tenderlərin qalibi “Udt Group” MMC (VÖEN: 1403062011)  olub.

Belə ki, qalib şirkətə ““Tufan” layihəli 201, 202, 203 və 204 nömrəli gəmilərin cari təmir işləri” tenderi üzrə 997 926, “Şahdağ” layihəli gəmilərin cari təmir işləri” tendero üzrə 679 680, “Sərhəd gözətçi gəmilərin ehtiyat hissələri və təmir materialları” tenderi üzrə 1 610 853, ““Tufan” layihəli gəmilərin tərsanə təmir işləri” tenderi üzrə isə 575 250 manat ödəniləcək.

Tenderlərin ümumi məbləği 3 863 709 manatdır.

Qeyd edək ki,  “Udt Group” daha öncə də Dövlət Sərhəd Xidmətinin “Point Brower” layihəli gəminin tərsanə təmir işləri tenderinin qalibi olub. Həmin tenderin dəyəri 90 860 manat təşkil edib (15.03.2023)

“Udt Group” 13.03.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsiçisi Pərviz Əliyev Xeyrulla oğludur.

Hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva ev 235A, m6-da yerləşir.