İstanbul razılaşmaları 60 gün müddətinə uzadıldı

222
The Maltese-flagged bulk carrier Rojen, carrying Ukrainian grain, sails in the Bosphorus, Istanbul, Turkey August 7, 2022. REUTERS/Yoruk Isik

Ukraynadan ərzaq məhsullarının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasını nəzərdə tutan “Taxıl sazişi” növbəti dəfə uzadılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O, vurğulayıb ki,İstanbul razılaşmaları 60 gün müddətinə uzadılıb.

Qeyd edək ki, ötən il iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə çatdırılması problemlərinin həlli üçün iki sənədə əsaslanan “Taxıl sazişi” və ya “Taxıl dəhlizi” adını almış müqavilə imzalanıb. Birinci saziş Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı BMT öhdəliklərini nəzərdə tutur. İkincisi isə Ukraynanın Qara dəniz limanlarından ölkənin kənd təsərrüfatı məhsullarının ixracı rejimini müəyyənləşdirir.

Xatırladaq ki, razılaşma artıq bir dəfə – noyabr ayında 120 gün müddətinə uzadılıb.  

Mənbə: news.ru