Hamburq limanı böyük yük gəmiləri üçün bağlanıb

302

Almaniyanın ən böyük yük limanı Hamburqda işçilərin tətili səbəbindən iri gəmilərdən malların daşınması müvəqqəti olaraq dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə liman administrasiyasına istinadən DPA agentliyi məlumat yayıb.

Birləşmiş Xidmətlər İşçiləri Həmkarlar İttifaqının (Verdi) təşkil etdiyi xəbərdarlıq tətili nəticəsində limanda gəmilərin hərəkəti dayandırılıb. Administrasiyanın əlavə xəbərdarlığına qədər yeni gəmilərin də limana daxil olmasına icazə verilmir.

Hamburq Almaniyanın ən böyük, Avropada isə Rotterdam və Antverpendən sonra üçüncü ən böyük konteyner limanıdır.