Şotlandiyada gəmi aşdı: 25 nəfər yaralandı

256

Edinburq limanında dayanan gəminin yana əyilməsi nəticəsində 25 nəfər yaralanıb.

Məlumata görə, gəmi 45 dərəcə yana əyilib. Onun “Microsoft”un həmtəsisçisi Pol Allenə məxsus olduğu bildirilib.

Şotlandiya Milli Partiyasının (SNP) üzvü, yerli məclis nümayəndəsi Adam Makveyin hadisəyə güclü küləklərin səbəb ola biləcəyini deyib. O, insanları gəmidən aralı durmağa çağırıb.

Mənbə: aussiedlerbote.de