Veteran dənizçi Mirzə Umudov 70 illik yubileyini qeyd edir

295

Gəmiçilik sahəsində 43 il təcrübəyə malik olan Mirzə Umudov 70 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və  Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə yubilyarın gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Mirzə Umudov 2 aprel 1953-cü ildə  anadan olub.

Xəzər Dəniz Neft Donanmasının müxtəlif gəmilərində çalışan yubilyar baş mexanik vəzifəsinədək yüksəlib.

İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Mirzə Umudovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.

seanews.az